“Səni istəmirəm, mənim yaşadığım var” sözləri cinayətə səbəb oldu - Abşeronda qətl
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Abşeronda keçmiş arvadını öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Ramil Məmmədovun cinayət işinin detalları məlum olub.
Milli.Az pravda.az-a istinadla xəbər verir ki, ittiham aktında qeyd edilib ki, təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürüb, yəni digər şəxsi qəsdən həyatdan məhrum edib.
Belə ki, o, rəsmi nikah münasibətlərində olduğu dayısı qızı, 1996-cı il təvəllüdlü zərərçəkmiş Rəqsanə Məmmədova ilə aralarında ailə-məişət zəminində baş verən mütəmadi mübahisələrə görə Binəqədi Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli qərarı əsasında onların nikahları pozulub. Bir il sonra yenə də qeyri-rəsmi ailə münasibətlərini davam etdirib. Lakin aralarında eyni zəmində yenidən baş verən mübahisələrə görə 2022-ci ilin fevral ayından müxtəlif mənzillərdə ayrı yaşamalarına baxmayaraq, Ramil 30 may 2022-ci il tarixdə, saat 21:20 radələrində yüngül alkoqol sərxoşluğunun təsiri altında onunla mobil telefonla danışıb. Həmin vaxt - "işdən çıx evə gəl, anam da gedib, birlikdə yaşayaq", - deyib. Rəqsanə isə - "səni istəmirəm, mənim karyeram var, sən get həyatını qur, mənim yaşadığım var", - deyə cavab verib. Daha sonra Ramil keçmiş arvadının ona xəyanət etməsini düşünüb qısqanclıq zəminində qadını qəsdən öldürmək qərarına gəlib.
Bu məqsədlə yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindəki mənzilin mətbəxindən bıçağı götürüb Rəqsanənin yaşadığı həmin şəhərin 58-ci və 59-cu binaları arasında bir müddət gözləyib. Sonra o, təxminən saat 22:20 radələrində zərərçəkmiş şəxsin azyaşlı övladları ilə birlikdə gəldiyini görüb. Bu zaman özü ilə gətirdiyi bıçağı çıxarıb Rəqsanəyə yaxınlaşaraq heç bir söz demədən uşaqlarının gözü qarşısında ona 8 zərbə endirib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Ramil Məmmədov elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
O ifadəsində göstərib ki, 2010-cu ildə öz dayısı qızı Rəqsanə ilə Gürcüstanda ailə qurub, 2013-cü ildə isə Bakıya köçüblər. Onların 9 yaşında və 3 yaşında olmaqla 2 uşaqları var. 2017-ci il tarixdə boşanıblar, 1 il ayrı qaldıqdan sonra yenidən barışıb birgə yaşayıblar. Lakin rəsmi nikah bağlamayıblar. Hadisədən 4-5 ay əvvəl valideynləri Gürcüstana qayıdıblar.
08 dekabr 2021-ci il tarixdə atası dünyasını dəyişib, Gürcüstanda dəfn işlərini həll edəndən sonra anasını da Bakıya gətirib. Anasını gətirməmişdən qabaq Rəqsanə ona narazılıq edib. Daha sonra arvadının anası gəlib onu aparıb, Ramilə - "nə vaxt ayrı yaşayacaqsansa, Rəqsanəni gəlib apararsan", - deyib. İki ay onlar ayrı qalıblar.
Ramil Məmmədovun sözlərinə görə, valideynləri Rəqsanəyə ondan icazəsiz onun qaldığı binanın 1-ci mərtəbəsində kirayə ev tutublar, ofisdə iş tapıblar. 2022-ci il mayın 24-dən 25-nə keçən gecə işə gedəndə Rəqsanənin evdə olduğunu görüb və içəridən səs gəldiyini eşidib. Qalxıb pəncərədən baxanda onun rəfiqəsi ilə birlikdə hansısa kişi ilə danışdığını görüb. Aşağı düşüb ona zəng vurub, əsəbi halda telefonla danışıblar. Bir-iki gün sonra dayısına zəng edib. Dayısı telefonu açmayıb.
O qeyd edib ki, daha sonra özü ona zəng edib - "eşitdim qızımı öldürmək istəyirsən, Rəqsanəni öldür, sənin də, mənim də namusum təmizlənsin", - deyib. Hadisə olan gün Rəqsanə ona birlikdə yaşadığı şəxs olduğunu, özünə başqa bir həyat qurmaq istədiyini söyləyib. Keçmiş arvadı ilə danışanda onun yanında Seyidzəhra adlı rəfiqəsi olub. Onların mübahisə etdiyini gördükdə Seyidzəhra qaçıb.
Ramil dindirilən zaman Rəqsanəyə 8 bıçaq zərbəsi vurduğunu etiraf edib.
O söyləyib ki, hadisə zamanı oğlu orada olmayıb, Seyidzəhranın bacısının evində olub, sonradan ora gəlib. Hadisə yeri binadan 20-25 metr məsafədə olub. Binanın 7-ci mərtəbəsindən hadisə yerini görmək mümkün olub. Lakin uşağın Rəqsanənin rəfiqəsinin evindən hadisə yerini görməsi qeyri-mümkün olub. Hadisədən qabaq saat 12-13 radələrində evdə spirtli içki qəbul edib.
Məhkəmənin hökmü ilə o, 17 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Bu, artıq mümkün deyil, cəza müddətinin artırılması ilə bağlı şikayət verəcəyik” - Amalın bacısı
-
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı
-
Vüqar Əliyev həbs olundu
-
Hakim tiktoker Arzumun həbsi ilə bağlı açıqlama yaydı
-
Azərbaycanlı qız yad ölkədə vəhşicəsinə öldürüldü - Şok cinayətin təfərrüatı
-
Bakıda 5 milyonluq siqaret qaçaqmalçılığı məhkəməsi başladı
XƏBƏR LENTİ
-
Azərbaycanda zəlzələ oldu
-
"Aşkı-Memnu"nun ulduzu yeni serialla qayıdır
-
Sabah çimərliklərdə 25 dərəcə isti olacaq
-
Tramp Obama və Baydenlə futbola baxmaq istəyir
-
Abşeronda müşahidə edilən çəyirtkələrlə bağlı rəsmi cavab: Vəziyyət nəzarətdədir
-
Bazar günü çox isti olacaq
-
Toyda kövrək anlar: Gəlinlə atasının rəqsi müzakirə yaratdı - (Video)
-
Cavidan Novruzun Sənubər İsgəndərli ilə selfisi gülüş yaratdı - (Video)
-
Yasamalda partlayış olan evdən görüntülər: 4 nəfərə satılıbmış... - Yenilənib - (Fotolar)
-
Yasamalda hərəkət edən bütün sürücülərə XƏBƏRDARLIQ
-
Rusiya ordusu Donetskin şəhərini ələ keçirdi
-
Deputatdan pensiyalarla vacib məlumat
-
Bilgəh Sanatoriyasının ərazisində çimərliyə giriş pullu oldu - Şikayət (Foto)
-
Zamiq Bodrumda oğlunu Fatih Terimlə görüşdürdü - (Foto)
-
"Arzum"un işi ilə bağlı yeni iddia: Amal Məlikov xuliqanlıq və narkotik işi üzrə məhkum olunub... - İddia (Fotolar)
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Ronaldo matç öncəsi görüntüsü ilə müzakirə yaratdı: Təkcə su içirəm demişdi... - (Video)
-
Sumqayıtda gənc qız çimərlikdə boğuldu
-
Fatimə Kərimova cinayətinin yeni detalları: Atasından daşınmaz əmlaklar qalıbmış
-
Tramp öz imzası olan yeni 100 dollarlığı paylaşdı - (Foto)
-
DÇ-2026: Kanada Mərakeşə, Paraqvay Fransaya qarşı
-
Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır - Kamaləddin Qafarov
-
Türkan Vəlizadə dəyişib belə oldu - (Video)
-
Ehtiyatda olan bütün hərbi vəzifəlilərin NƏZƏRİNƏ





