Kriminal

“Megastore”da gözətçinin əl-qolunu bağlayıb seyfi apardılar

3 Mart 2023 11:28
Baxış: 2 349
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə tanınmış "Megastore" mağazasında quldurluq baş verib.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan Milli.Az-a bildirilib ki, hadisə zamanı naməlum şəxs səhər erkən saatlarda mağazaya gələrək orada olan 69 yaşlı gözətçiyə küt alətlə xəsarət yetirib. Daha sonra onun əl və ayaqlarını yapşıqan lentlə bağlayaraq cinayətkar əməlini davam etdirib. Belə ki, naməlum şəxs mağazada içində 157 151 manat, 6040 dollar və  18 100 rubl olan seyfi götürərək gedib.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə seyf mağazaya yaxın ərazidə basdırılmış vəziyyətdə tapılıb.

Cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.