Kriminal

DİN Maştağadakı qətllə bağlı məlumat yaydı

12 Noyabr 2022 10:27
Baxış: 1 426
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə noyabrın 11-də saat 21 radələrində Maştağa qəsəbəsində Sevinc Müseyibovanın öldürülməsi barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Maştağa qəsəbəsində yaşayan Vidadi Müseyibovun evində ailə münaqişəsi zəminində həyat yoldaşı Sevinci bıçaqla öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Müseyibov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.