Kriminal

Bacısını qətlə yetirən 15 yaşlı şəxs ələ keçdi

5 Noyabr 2022 09:36
Baxış: 2 395
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Noyabrın 04-ü saat gecə saat 19 radələrində 2005-ci il təvəllüdlü Albina Papiaşvilinin üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Qax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan Milli.Az-a verilən xəbərə görə, peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin qardaşı 2007-ci il təvəllüdlü Jora Papiaşvilinin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Albina Papiaşvilini yatdığı yerdə öldürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Jora Papiaşvili şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.