Kriminal

Abşeronda AMANSIZ QƏTLİN TƏFƏRRÜATI: kişi hamilə arvadını niyə öldürdü? - VİDEO

23 Oktyabr 2022 09:36
Baxış: 2 721
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonu ərazisində hamilə qadın öldürülüb. Hüquq mühafizə orqanları tərəfindən məsələyə dərhal reaksiya verilib. Qətli törətməkdə şübhəli bilinən qadının əri saxlanıb.

Rayon Prokurorluğundan verilən məlumata görə, Saray qəsəbəsi sakini 27 yaşlı Səidə Nəmətovanın yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub. Aparılmış araşdırmalarla hadisəni zərərçəkmişin əri, 28 yaşlı  Vüqar Nəmətovun törətdiyi məlum olub. 

Prokurorluğun məlumatında o da qeyd edilib ki, kişi hamilə vəziyyətində olan Səidə Nəmətovaya dəmir materialdan olan boru vasitəsilə xəsarət yetirərək onu öldürüb. 

İddia olunur ki, o, qızını döyən ərini aralamaq üçün ortaya girib. Hadisə də bundan sonra baş verib.

Faktla bağlı cinayət işi başlanıb. Vüqar Nəmətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Ətraflı Xəzər TV-nin süjetində:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.