Kriminal

Qayın gəlini yatdığı yerdə mülkə görə qətlə yetiribmiş? - FOTO

16 Avqust 2025 18:28
Baxış: 429
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Cəlilabadın Alar kəndində 62 yaşlı qadının qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə mülk davası üstündə baş verib.

Qətli törətməkdə şübhəli bilinən qayın, Təhmasib Əliyevin hadisəni səhər saatlarında qardaşı Firdovsi evdən gedəndən sonra törətdiyi deyilir.

Bildirilir ki, o, evin pəncərəsindən otağa daxil olaraq, qardaşı arvadı-Rəviyə Nərimanovanı yatdığı yerdə qətlə yetirib.

Qeyd olunur ki, əvvəllər də məhkumluq həyatı yaşayan 44 yaşlı T.Əliyev mülk davasına görə, son günlər gəlinlərini hədələyirmiş.

Gəlin bu barədə əvvəlcədən Biləsuvarda yaşayan doğmalarına məlumat veribmiş.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.