Kriminal

Bakıda gənc oğlan “İnstagram” işlədən arvadına xəsarət yetirdi - TƏFƏRRÜAT

29 İyun 2022 10:37
4 Şərh     Baxış: 3 059

Bakının Xətai rayonunda 1988-ci il təvəllüdlü Əli şəxsi münasibətlər zəminində arvadı Bahara (adlar şərti verilib - red.) xəsarət yetirib. 

Milli.Az Demokrat.az-a istinadən bildirir ki, hadisə bu ilin aprelin 14-də rayonun M.Hadi küçəsində baş verib. Əli yaşadığı mənzildə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən arvadının sifət nahiyəsinə yumruqla vurub, onu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təöqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Bahar ilə 2014-cü il tarixdə ailə həyatı qurub: "Birgə nikahdan 2 azyaşlı övladımız var. Yoldaşım ilə əvvəllə mehriban yaşasaq da, son zamanlar onun "İnstagram" işlətməsi üstündə aramızda tez-tez ailə məişət zəminində mübahisələri yarandı". 

Əli qeyd edib ki, sonuncu dəfə hadisə günü saat 15 radələrində yaşadıqları mənzildə Bahar ilə aralarında yaranmış mübahisə zamanı əli ilə onun sifət nahiyəsindən vurub: "Daha sonra Bahar evdən çıxaraq getdi. Əməlimdən peşmanam. Mehribanla barışmışam".

Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Əlinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Milli.Az 

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

4 Şərh:

  • Anonim
    azeri · 29 İyun 11:1300

    Polise wikayet edirse erizesini niye geri goturur? Sabahisi gun bildiyini edecek kiwi. Deyecek ki onsuzda wikayet elemiyecek.

    Cavab yaz
  • Anonim
    ALEKS❤️ · 29 İyun 13:0710

    Sosial şəbəkələr çox ailələri dağıdıb,dağıdır.Ər sənə deyirsə sosial şəbəkədən istifadə etmə...demək istifadə eləmə.Sənə ailə qalacaq,yoxsa sosial şəbəkədəki kimsə...???Ailə başçısını,əri eşitmək lazımdı.əgər eşitməyəcəkdinsə niyə ailə qururdun?...gündə sosial şəbəkələri gəzib kimlərləsə mırt və ya başqa hoqqalardan çıxmağı öz haqqın bilirsənsə və ailənə,ərinə biganəlik və s.edirsənsə.....əlbəttəki bu qeyrətli ərdə şübhələr,qısqanclıqlar yaradacaq.sonu yaxşı qurtarmayacaq.Yaxşı olarki qızlar,gəlinlər....sosial şəbəkələrdən uzaq olsunlar.vəya hədd dərəcəsində xələl gəlməyəcək xeyirli şəkildə istifadə etsinlər.Bilirəm dislayklarım olacaq.Ailədə qıza gəlinə..ümumiyyətlə ailə üzvlərinə sosial şəbəkə,telefon qadağasına rast gəlməmiş olmazsız.Belə baxanda ailə başçısı hardasa düz eliyir.Zəmanə bunu tələb edir.Ağılla hərəkət edək.Allah hər birimizi qorusun.Amin.

    Cavab yaz
  • Anonim
    ¶¶¶¶¶¶¶ · 29 İyun 14:2230

    Dediyinə görə İnstaqrama qədər mehriban yaşayıblar. Əgər bu andır instaqram ərlə arvadın münasibətini soyudubsa (bunun içindəki səbəbləri xlrdalamıram), ay xanım, ər deyir poz instaqramı, poz da.. Ailəni sosşəbəkəyə qurban verərlər? İndi yaxşı oldu sənə?.... Bəziləri məni qınaya bilər ki, arvadın döyülməsinə bəraət qazandırıram. Amma ortada başqa səbəblər yoxdusa, ər Yazıq neyləsin?

    Cavab yaz
  • Anonim
    User · 30 İyun 12:0300

    Allah bilir kisi sosial sebekelerde ne oyunlardan cixir ona gorede xanimin Instaqram isletmeyne qarsidir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics