Dövlət sifarişi ilə filmlərin çəkilməsi zamanı pozuntular aşkarlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hesablama Palatası tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinin auditinin nəticələri açıqlanıb.
Milli.Az APA-ya istinadən bildirir ki, kinonun normativ-hüquqi və iqtisadi bazasını təşkil edən aktların təkmilləşdirilməməsi və genişləndirilməməsi, o cümlədən 18 il əvvəl qəbul edilmiş qaydaların müasir tələblərə və çağırışlara cavab verməməsi artıq, eləcə də, bu sahədə çalışan yaradıcı heyətin tam əhatə olunmaması səbəbindən qaydalarda nəzərdə tutulmayan yaradıcı hallar üzrə qonorar ödənişlərinə səbəb olub.
Qeyd edilən sahə üzrə "dövlət sifarişi" anlayışının hüquqi aktlarda konkret təsbit olunmaması, eləcə də sifarişin çərçivəsinin və istiqamətlərinin müəyyənləşdirilməməsi bəzi hallarda vəsaitlərin təyinatının dəyişdirilməsinə, bir sıra hallarda isə filmlərin başa çatdırılmayaraq konservasiyası ilə nəticələnib, ssenarilərin və kino studiyaların müsabiqə çərçivəsində seçilməsi ilə bağlı meyarların müəyyənləşdirilməməsi, komissiyanın fəaliyyətinin tənzimlənməsi ilə bağlı hər hansı bir qaydaların və ya hüquqi aktların mövcud olmaması son nəticədə vəsaitlərin "Kinematoqrafiya haqqında" qanuna əsasən kinematoqrafiyaya dövlət himayəsinin əsas formalarının, xüsusilə dövlət sifarişi əsasında çəkilən filmlərin istehsalının, yayımının və onların beynəlxalq kinofestivallarda iştirakının, kinosalnamə çəkilişinin və dövlət film fondunun maliyyələşdirilməsi ilə bağlı istiqamətlərin tam əhatə olunmaması ilə nəticələnir.
Dövlət sifarişi ilə çəkilən filmlərin seçilmə meyarlarının müəyyən olunmaması və dövlət sifarişi ilə hazırlanan filmlərin smeta xərclərinin siyahısının təsdiq edilməməsi, habelə birgə (müştərək) film istehsalının və ümumiyyətlə kino iqtisadiyyatının tənzimlənməsi barədə normativ sənədlərin olmaması büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın və hesabatlılığın təmin edilməsinə, xərclərin uçotunun düzgün qurulmasına imkan verməyib, filmlərin çəkilişi ilə bağlı ayrılmış vəsaitlər üzərində hesabatlılığın və inzibatçılığın müəyyən edilməməsi səbəbindən bu vəsaitlərin studiyalar tərəfindən təyinatının dəyişdirilməsi, ümumiyyətlə, təsdiqedici sənədlərin təqdim olunmaması kimi halların yaranmasına da səbəb olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
XƏBƏR LENTİ
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)





