Kriminal

Həmkəndlisinin evindən oğurluq edən Masallı sakini saxlanılıb

10 Aprel 2022 15:37
0 Şərh     Baxış: 1 191
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Masallıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılan şəxsin oğurluq əməlinin də üstü açılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Musaküçə kənd sakini Xəqani Mamedov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin oğurluq əməlinin də üstü açılıb. Belə ki, Xəqani Mamedovun gecə saatlarında həmkəndlisinə məxsus yaşayış evindən ümumi dəyəri 1500 manat olan 1 ədəd televizor və 1 ədəd noutbuk oğurladığı müəyyən edilib. Oğurlanan əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.