Arvadını və baldızını bıçaqlayan şəxsə 1 il 6 ay cəza verildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi media və sosial şəbəkə səhifələrində Şəmkir rayonu, Ələsgərli kənd sakini Şəhla Süleymanovaya və bacısı Şəlalə Tağıyevaya bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən sonuncunun əri Gürzalı Alyarova Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yüngül cəza verilməsi ilə bağlı informasiyalar yayılmışdır.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 26.05.2021-ci il tarixdə birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Gürzalı Alyarov bıçaqla arvadı Şəlalə Tağıyevaya ağır dərəcəli bədən xəsarəti yetirmiş, daha sonra həmin vaxt onları sakitləşdirməyə çalışan sonuncunun bacısı Şəhla Süleymanovaya da bıçaqla insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1 (qəsdən sağlamlığa ağır zərər vurma iki və daha çox şəxsə qarşı törədildikdə) və 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma -xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə Şəmkir rayon polis şöbəsində cinayət işi başlanaraq istintaq aparılmış, Gürzalı Alyarova qeyd edilən maddələr ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Həmin məhkəmənin 29.12.2021-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Gürzalı Alyarovun barəsində əsassız olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə ona maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza, yəni 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Təyin olunmuş cəza törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, habelə təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmadığından cinayət qanununun normasının düzgün tətbiq edilməməsi əsası ilə dövlət ittihamçısı tərəfindən həmin hökmdən apellyasiya protesti verilmişdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
XƏBƏR LENTİ
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)





