Ölkə

Azərbaycanda "Omikron" ştammı qeydə alınıb? - RƏSMİ AÇIQLAMA

29 Noyabr 2021 10:37
0 Şərh     Baxış: 7 723

Bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalara başlanılıb

Milli.Az bildirir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev bildirib.

O qeyd edib ki, bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalara başlanılıb.

A.R.Ağayev bildirib ki, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində kluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir.

Müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb.

Milli.Az 

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.