Ölkə

General Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açıldı

16 Noyabr 2021 11:26
0 Şərh     Baxış: 3 292
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

General-mayor Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Milli.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

O bildirib ki, generalın minaya düşərək xəsarət alması faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Xatırladaq ki, general-mayor Hikmət Həsənov ötən il noyabrın 20-də işğaldan azad olunmuş Ağdam rayonuna daxil olarkən zirehli maşında minaya düşüb. Sabiq korpus komandiri xəsarət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory