Ölkə

Baş idarənin rəisi generala müavin təyin olundu

12 Noyabr 2021 09:34
0 Şərh     Baxış: 3 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinə yeni müavin təyin edilib.

Milli.Az "Report"a istinadən bildirir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, Habil Nağıyev Dövlət Xidmətinin maliyyə və maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, H.Nağıyev bu təyinata qədər Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Bu ilin mart ayında Prezident İlham Əliyevin sərəncamı ilə ona Dövlət Miqrasiya Xidmətinin III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin maliyyə və maddi-texniki təminat üzrə müavini vəzifəsində daha əvvəl general-mayor Şahvələd Əliyev çalışıb. O, bir neçə gün əvvəl işdən çıxarılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.