Rüşvət almaqda təqsirləndirilən 72 yaşlı şirkət rəhbərinə 9 il cəza verildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən "Fakt Araşdırıcı-N" MMC-nin direktoru Zeynal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Eldar Ismayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Z.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, "Fakt Araşdırıcı-N" MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 nömrəli Qaynar xətt əlaqə mərkəzinə daxil olmuş vətəndaş müraciətləri əsasında cinayət işi başlanmışdı.
İbtidai istintaqla Zeynal Məmmədovun həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ona müraciət etmiş ayrı-ayrı şəxsləri həmin Cəmiyyətdə işə qəbul etmək üçün müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına, daha sonra cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin əldə olunmasının həqiqi mənbəyini gizlətmək məqsədilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədləri təsdiq etməklə vəzifə saxtakarlığına yol verərək pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyənləşdirilib.
Xatırladaq ki, Z.Məmmədov barəsində daha əvvəl də Qida Təhlükəsizliyi Dövlət Agentliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılmışdı.
Araşdırma zamanı MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun 2017-2020-ci il tarixlərdə rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə vətəndaşlardan ümumilikdə 31 epizod üzrə cəmi 17 min manat məbləğində pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edilmişdi.
Ona məhkəmənin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum etmə cəzası verilmişdi. Bu dəfə Z.Məmmədova həmin cəzanın yerdə qalan hissəsi ilə sonuncu cəzası qismən toplanaraq hökm elan olunub.
Qeyd edək ki, Zeynal Məmmədovun 72 yaşı var.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
XƏBƏR LENTİ
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər





