Ölkə

Bakıda uşağını qonşuya tapşıran valideynlər ondan imtina ediblər, araşdırma aparılır

5 Oktyabr 2021 14:30
2 Şərh     Baxış: 2 856
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideynlərinin tapılması istiqamətində araşdırmalara başlanılıb.

Milli.Az bildirir ki, bunu "Report"a Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.

Onun sözlərinə görə, artıq məsələ ilə bağlı aidiyyatı qurumlar da məlumatlandırılıb.

O bildirib ki, sığınacağa 2 yaşlı uşağın yerləşdirildiyi barədə Dövlət Komitəsinə məlumat verilib.

Məlum olub ki, azyaşlı valideynləri tərəfindən müvəqqəti baxılması üçün qonşuya təhvil verilib. Amma sonradan uşağı qonşuya verən şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Qonşu ailə azyaşlının valideynləri ilə əlaqə saxlamağa çalışsa da, anasının telefonuna zəng çatmayıb. Uşağın atası isə ondan imtina etdiyini bildirib. Bundan sonra qonşu azyaşlını sığınacağa təhvil verib.

"Məsələ Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir və artıq uşağın valideynlərinin tapılması istiqamətində araşdırmalar aidiyyəti qurumlarla birlikdə davam etdirilir", - T.Mərdanoğlu əlavə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.