Ölkə

Bakıda şirniyyat sexi nöqsanlara görə bağlanıb - FOTO

5 Oktyabr 2021 13:36
0 Şərh     Baxış: 1 914
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda "Kardeşlər Marmaris" müsəssisəsində nöqsanlar aşkarlanıb.

Bu barədə Milli.Az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, agentliyin əıməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, H. Əliyev küçəsi, ev 15 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Engin Akdemirə məxsus "Kardeşlər Marmaris" restoranında plandankənar yoxlama keçirib.

Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, yeyinti məhsullarının istehsalı, saxlanması və satışı zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Belə ki, müəssisədə mal qonşuluğu prinsipinə, temperatur rejiminə əməl olunmadığı müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, həmçinin müəssisədə qənnadı məmulatlarının istehsalı məhdudlaşdırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.