Müdafiə Nazirliyi vətəndaşın narazılığına münasibət bildirdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müdafiə Nazirliyi vətəndaş Ağayev Rahib Savadxan oğlunun narazılığını əks etdirən videogörüntülərlə bağlı məlumat yayıb.
Müdafiə Nazirliyindən verilən Məlumata görə, bəzi elektron KİV-lərdə vətəndaş Ağayev Rahib Savadxan oğlunun narazılığını əks etdirən videogörüntülər paylaşılıb. Bildiririk ki, vətəndaş R.Ağayev Baş Klinik Hospitalda müalicə olunmaq üçün Müdafiə Nazirliyinə müraciət etmişdir. Vətəndaşın müraciətinə Müdafiə Nazirliyinin Tibb İdarəsində baxılmış və ona cari ilin fevral ayında müvafiq rəsmi cavab göndərilmişdir.
Cavabda Müdafiə Nazirliyinin hərbi müalicə müəssisələrində hazırda həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların müayinə və müalicəsinin təmin edildiyi bildirilib. Hərbi xidmətdən tərxis olunan vətəndaşların isə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müalicə müəssisələrində ödənişsiz müalicə almaq hüququna malik olduğu qeyd edilib və vətəndaşın həmin qurumlara müraciət etməsi tövsiyə olunub.
R.Ağayevin hərbi xidmətə yararlı olması ilə bağlı qərarla bağlı isə bildiririk ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin göndərişinə əsasən 23.04.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən "Hər iki gözün sadə miopik astiqmatizmi nəticəsində görmə itiliyinin azalması. İrsi hemoqlobinopatiya" diaqnozu ilə şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"sinə uyğun olaraq, barəsində daxili orqanlarında funksiya pozulması olmadığından "Hərbi xidmətə yararlıdır" qərarı verilmişdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib





