Ölkə

Azərbaycanda 3 dəfə evdən qaçan gəlin görün haradan tapıldı - FOTO

20 Sentyabr 2021 09:16
1 Şərh     Baxış: 4 357
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıtda iyulun 22-də yaşadığı evi tərk edərək itkin düşən 1993-cü il təvəllüdlü Abdulova Gültəkin Əkbər qızı tapılıb.

Milli.Az xəbər verir ki, Bu barədə "Report"a qadının həyat yoldaşı B.Abdulov məlumat verib.

B.Abdulovun sözlərinə görə, hüquq-mühafizə orqanlarından ona həyat yoldaşının Bakıda tapıldığı bildirilib.

B.Abdulov G.Abdulova ilə bu gün görüşəcək.

Xatırladaq ki, qadın iyulun 22-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Ailə üzvləri bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Qeyd edək ki, qadının iki azyaşlı övladı var. G.Abdulova psixoloji problemdən əziyyət çəkir. O, üçüncü dəfədir evdən gedib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.