Ölkə

Bakıda gənc oğlan bıçaqlandı

19 Sentyabr 2021 10:00
0 Şərh     Baxış: 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Xankişiyev Ağaxan Rövşən oğlu "Qobu Park" adlanan yaşayış kompleksinin ərazisində mübahisə zəminində bıçaqlanıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

A.Xankişiyev əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.