Ölkə

Məktəblərdə yeni dərsliklər tədris ediləcək - VİDEO

17 Sentyabr 2021 19:18
0 Şərh     Baxış: 1 557
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Zəfər tarixi" dərsliyinin hazırlanması prosesi yekunlaşmaq üzrədir.

Milli.Az Xezerxeber.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

"Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə iştirak edən nazir müavini məktəblərin ümumi vəziyyətindən də danışıb. O vurğulayıb ki, son 15 ildə 3500-dən çox yeni məktəb tikilib və ya əsaslı təmir olunub. Firuddin Qurbanov əlavə edib ki, proses bundan sonra da davam etdiriləcək.

Təlimdə iştirak edən Təhsil İnstitutunun direktoru Rüfət Əzizov isə qeyd edib ki, yaxın iki ildə ibtidai siniflərdə əsas dərsliklər yenilənəcək. Onun sözlərinə görə, 2021-2022-ci tədris ilində I və II siniflərdə Azərbaycan dili və Riyaziyyat fənlərindən yeni dərsliklərin kütləvi şəkildə tətbiqi nəzərdə tutulub. III və IV siniflərdə isə ümumilikdə 230 məktəbdə pilot sınağı təşkil ediləcək.

Rüfət Əzizov əlavə edib ki, aparılan beynəlxalq qiymətləndirmələrin nəticəsi zamanı məlum olub ki, şagirdlərin təbiət fənləri üzrə bilikləri nisbətən zəifdir. Bu məqsədlə "Azərbaycanda ümumi təhsilin dövlət standartlarında" təbiət fənninin təliminə qərar verilib. 2021-2022-ci tədris ilindən etibarən yeni hazırlanmış "Təbiət-5" dərsliyi pilot layihə olaraq tədris ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.