Ölkə

Qəbul imtahanlarının Azərbaycan birincisi Bakı Ali Neft Məktəbini seçib - FOTO

8 Sentyabr 2021 11:18
Baxış: 1 528
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət İmtahan Mərkəzinin (DİM) 2021-2022-ci tədris ili üzrə keçirdiyi qəbul imtahanında ən yüksək bal toplayan tələbə - Əbil Şəfiyev 697.1 balla Azərbaycan birincisi olub.

O, I ixtisas qrupu üzrə imtahanda ən yüksək nəticə göstərib və Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi adını qazanıb. Əbil Şəfiyev Ali Məktəbin Kimya mühəndisliyi ixtisasına qəbul olub.

Qeyd edək ki, Əbil Şəfiyev 2004-cü il, mart ayının 29-da Sumqayıt şəhərində anadan olub. Ailəsi 1993-cü ildə Qubadlı rayonunun Xanlıq kəndindən məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşıb. Əbil Şəfiyev Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə 1-ci sinfə gedib və həmin məktəbdən Fərqlənmə attestatı ilə məzun olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.