Ölkə

Türkiyəyə göndərilən daha 11 qazimiz sağalaraq geri dönüb - FOTO

6 Sentyabr 2021 13:11
0 Şərh     Baxış: 667
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağır yaralanan və müalicə üçün "YAŞAT" Fondu tərəfindən Türkiyəyə göndərilən 11 qazimiz sağalaraq Vətənə geri dönüb.

Milli.Az bildirir ki, "YAŞAT" Fondundan verilən məlumata görə, həmin şəxslər aşağıdakılardır:

1. Qurbanov Əbülfət Tanrıverdi oğlu
2. Rəhimov Ziyəddin Aşur oğlu
3. Yusifov Alik Elşən oğlu
4. Novruzov Rəşad Lətif oğlu
5. Həmidov Mahur Mahir oğlu
6. Əhmədov Xəyyam Hidayət oğlu
7. Məmmədov Vidadi Ələkbər oğlu
8. Səlimzadə Tural Vasif oğlu
9. Atakişiyev Nəriman Qələndər oğlu
10. Muradov Tanırverdi Mədəd oğlu
11. İsmayılov Rüfət Fəxrəddin oğlu

Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Həmin şəxslərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 43 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

"YAŞAT" Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Allah qazilərimizə şəfa versin!

Xatırladaq ki, "YAŞAT" Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 "Çağrı" Mərkəzi fəaliyyət göstərir

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.