Ölkə

Plan yerləri artırılan və azaldılan universitetlər - RƏQƏMLƏR - VİDEO

27 Avqust 2021 12:42
0 Şərh     Baxış: 1 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021-2022-ci tədris ili üzrə qəbul planına əsasən II və III ixtisas qruplarında dövlət sifarişli yerlərin sayı artırılıb. Bu da ötən illə müqayisədə 2.79 faiz çoxdur. Plan yerləri artırılan və azaldılan universitetlər  də açıqlanıb. Bakı Dövlət Universitetində  45 dövlət sifarişli plan yeri azaldılıb. III ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin artımına görə, ilk sırada Azərbaycan Dövlət Pedaqoji  Universiteti qərarlaşıb. 2020-ci il qəbul planı ilə müqayisədə ən çox Mingəçevir Dövlət Universitetində dövlət sifarişli ixtisaslar artırılıb.

Ötən illə müqayisədə ali təhsil müəssisələrinə dövlət sifarişli yerlərin sayı artırılıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, bu il beş ixtisas qrupu üzrə 50 min 13 plan yeri ayrılıb. Bu da ötən illə müqayisədə 2.79 faiz çoxdur.

Ayrıca universitetlər üzrə plan yerlərində artım və azalma var.

Dövlət sifarişli plan yerləri böyük fərqlə azalan digər təhsil müəssisəsi Bakı Slavyan Universitetidir. 2020-ci ildə 990 dövlət sifarişli plan yeri olan BSU-nun cari ildə 40 yer azalaraq, 950-ə salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.