Ölkə

Hərbçilərimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıq keçir

23 Avqust 2021 16:09
0 Şərh     Baxış: 637
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hərbçilərimizin "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində Qazaxıstanda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinə hazırlığı davam edir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, növbəti gündə heyətin atəş mövqelərini tutması və komanda müşahidə məntəqələrini açılması, minaatan qurğularının döyüşə və səfərə vəziyyətinə gətirilməsi, tuşlanması, doldurulması və döyüş atışının icra olunması tapşırıqları məşq olunub.

Artilleriyaçılarımızın çətin keçilən ərazidə döyüş texnikasının idarə edilməsi və döyüş şəraitində tətbiqi üzrə vərdişləri təkmilləşdirilib.

Dünyanın 10 ölkəsindən olan artilleriyaçıların iştirak etdiyi müsabiqədə silah və döyüş texnikası ilə mərhələlər üzrə müxtəlif tapşırıqlar yerinə yetiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.