Müdafiə naziri xidməti müşavirə keçirib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyulun 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.
Nazirlikdən verilən məlumata görə, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səsləndirdiyi "Artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq" fikirlərini müşavirə iştirakçılarına çatdıran Müdafiə naziri şəxsi heyətin mənəvi-psixoloji və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinin vacibliyini qeyd edib. Nazir döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat imkanlarının daha da genişləndirilməsini tapşırıb.
Azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədindəki son vəziyyəti təhlil edən Müdafiə naziri gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib. Nazir Ermənistan silahlı qüvvələrinin ehtimal olunan təxribatlarının qarşısının alınması ilə əlaqədar komandir-rəis heyətinə göstərişlər verib.
Mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri ilə maraqlanan general-polkovnik Z.Həsənov xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
XƏBƏR LENTİ
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər





