Ölkə

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB

27 İyun 2021 11:40
3 Şərh     Baxış: 2 149
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

11:40

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, mərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri, rayon ictimaiyyəti iştirak edib.

İspaniyadan gətirilən pomidor toxumunda virus aşkarlanıb
FHN çimərlik mövsümünün başlaması ilə əlaqədar əhaliyə müraciət edib - VİDEO
Azərbaycanda hansı müəllimlərin sertifikasiyadan keçməyəcəyi məlum olub

E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb. Şəhid dəfn edildikdən sonra tabutuna bükülmüş Azərbaycan bayrağı atasına verilib.

Dəfndən sonra havaya yaylım atəşi açılıb.

----------

09:48

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Həsrətov Elməddin Sərdar oğlunun nəşi artıq ailəsinin yaşadığı ünvana gətirilib, onunla vida mərasimi keçirilir.

Milli.Az bildirir ki, vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edir.

Şəhid vida mərasimindən sonra Qarasuçu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, E.Həsrətov 1997-ci il may ayının 21-də Goranboyun Qarasuçu kəndində dünyaya gəlib.

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olub. O, ötən ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.

E.Həsrətov Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş hərbçilərdən idi.

Allah rəhmət etsin!

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory