Ölkə

EVSİZLƏRƏ ŞAD XƏBƏR: Mənzillər kəskin ucuzlaşdı

17 İyun 2021 14:42
Baxış: 4 092
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kirayə mənzil bazarında ay ərzində 3.58 % azalma baş verib".

Milli.Az xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyib.

O bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,12 % azalma olub:

"Ay ərzində artım ikiotaqlılarda və çoxotaqlılarda olub. Birotaqlı və üçotaqlılarda isə azalma qeydə alınıb.

2020-ci ilin eyni dövrü ilə müqayisə etdikdə isə bütün otaqlar üzrə ucuzlaşma var. Bahalaşma əsasən ucuz evlərdə qeydə alınıb və qiymətlər 9.33 % artıb".

N.İbrahimov qeyd edib ki, təkrar mənzil bazarında ay ərzində 0,94 %, il ərzində isə 2,59 % azalma qeydə olunub:

"İlkin mənzil bazarında ay ərzində 0,73 % artım, il ərzində isə 3,51 % azalma müşahidə edilib".

Ekspert son olaraq mənzil bazarında ucuzlaşmanın səbəblərindən də söz açıb:

"Buna ilkin olaraq səbəb tələbin aşağı düşməsidir. Pandemiya dövründə təhsildə baş verən dəyişikliklərə görə, regionlardan şəhərə gələn tələbələrin sayının kəskin aşağı düşməsi, digər tərəfdən də əhalinin real gəlirlərinin azalması mənzil bazarında ucuzlaşmağa gətirib çıxarıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.