Ölkə

AzTV və “Azərtac”ın əməkdaşları Kəlbəcərdə minaya düşərək həlak oldular - VİDEO - FOTO

4 İyun 2021 12:41
Baxış: 3 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda jurnalistlər minaya düşüb.

Milli.Az xəbər verir ki, bu barədə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dən bildirilib.

Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və "Azərtac"ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

AzTV-nin rejissoru Emil Məmmədov, avtobusun sürücüsü və kənd sakini yaralanıb.

Baş verən hadisənin erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsi olduğu qeyd edilib.

Hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.