Ölkə

Operativ qərargah YENİ QƏRAR verdi

24 May 2021 12:37
Baxış: 7 461
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

25-26 may tarixlərində Bakıda keçiriləcək paracüdo üzrə Qran Pridə tamaşaçılarla yanaşı, media nümayəndələri də iştirak edə bilməyəcək.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, səbəb Nazirlər Kabineti yanında operativ qərargahın buna icazə verməməsidir.

Operativ qərargah qapalı zalda - Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcək yarış zamanı minimal sayda insanın olmasını istəyir. Bu səbəbdən də idman zalında əsasən idmançılar və federasiya rəsmiləri olacaq.

Qeyd edək ki, bu yarış Tokio Yay Paralimpiya Oyunlarına reytinq xalları verir. Azərbaycan millisi bu yarışda tam heyətlə - 18 idmançı (9 kişi və 9 qadın) ilə təmsil olunacaq.

Onu da bildirək ki, bu, Azərbaycanda ilk belə hal deyil. Bu il futzal üzrə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Slovakiya (29 yanvar), Moldova (4 mart) və Yunanıstanla (14 aprel) Bakı İdman Sarayında keçirdiyi yarışlara da tamaşaçılarla yanaşı, media nümayəndələri buraxılmayıb. Yalnız bu ay Milli Gimnastika Arenasında keçirilən beynəlxalq yarışlara məhdud sayda media nümayəndələri buraxılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory