Ölkə

İcra başçısının iki nümayəndəsinə cinayət işi başlanıldı - Rüşvət

22 May 2021 09:43
Baxış: 1 406
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lənkəranda İcra Hakimiyyəti başçısının inzibati ərazi üzrə iki nümayəndəsi barəsində cinayət işi başlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Şürük kənd üzrə icra nümayəndəsi Köçəriyev Faiq Qüdrət oğlu və Vilvan kənd üzrə icra nümayəndəsi Yusubov Ağayar İzzət oğlu rüşvət almaqda təqsirli bilinirlər.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə ittiham verilib.

Onlar barəsində olan cinayət işinin istintaqı başa çataraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Oruc Cəlilovun icraatına verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.