Ölkə

Müştərilərə qəlyan təklif edən çay evləri aşkarlandı - FOTO

20 May 2021 15:40
Baxış: 557
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı müştərilərə qəlyan təklif edən bir neçə obyekt aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, rayondakı "Xan" və "Bağ" çay evlərinə baxış keçirilən zaman orada müştərilərin qəlyandan istifadə etdiyi və icarədarların buna şərait yaratdığı məlum olub. Onlarla izahedici söhbətlər aparılıb və karantin qaydalarına riayət etmələrinin vacibliyi bildirilib.

Çay evlərini icarə əsasında işlədən şəxslər və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.