Ölkə

Həkimdən əhaliyə çağırış: Peyvənd olunmazdan əvvəl müayinə olunun

30 Aprel 2021 10:49
Baxış: 2 605
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Peyvəndin qalxanabənzər vəzi, şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə əks təsiri yoxdur. Şəkər göstəriciləri normada olmayan şəxslər müalicə ilə onu normaya saldıqdan sonra peyvənd oluna bilərlər.

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında həkim  Vüsalə Babayeva deyib. O bildirib ki, həkimlər peyvənddən əvvəl həmin şəxsləri  müayinə etməlidir:

"COVİD-19 endokrin sistemdə bir çox dəyişikliklərə səbəb olur. Yəni əvvəllər heç bir qalxanabənzər vəzi xəstəliyi olmayan şəxslər yoluxduqdan sonra hormonların yüksəkliyi şikayəti ilə müraciət edir. Həmçinin şəkərli diabet olmayan şəxslərdə də virusdan sonra yüksək şəkər şikayət ilə müraciət edir".

V. Babayeva onu da qeyd edib ki, həkim məsləhəti olmadan, özbaşına "deksametazon" istifadə edilməsinin ciddi əks təsirləri olur:

"Bu preparatı xəstəliyi yüngül keçirənlər istifadə etməməlidirlər. Çünki o, qanda şəkəri yüksəldir və nəticədə sonradan endokrin sistemdə xəstəliklər yarana bilir. "Deksametazon" düzgün istifadə etdikdə isə problem qeydə alınmır".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.