Ölkə

Mingəçevirdə yas mərasimi dayandırılıb

28 Aprel 2021 16:34
Baxış: 467
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı çoxmənzilli yaşayış binasının həyətində yas mərasimi təşkil edildiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gəlib və mərasimin keçirilməsinin qarşısını alıblar.

Ev sahibi ilə profilaktik söhbət aparılıb və mövcud qaydalara riayət etməyin vacibliyi bildirilib. Mərasimin təşkilatçısı barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.