Ölkə

Həkimdən xəbərdarlıq: Mərhələli iş rejiminə keçilməlidir - VİDEO

21 Aprel 2021 13:39
Baxış: 2 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusla mübarizənin ən effektiv yolu kütləvi qapanmalardır. 28 gün müddətində tamamilə hər yer bağlanmalı və bundan sonra mərhələli şəkildə yumşaldılma olmalıdır.

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında həkim Turanə Rəsulova deyib. O bildirib ki, Çindən başqa dünyanın heç bir ölkəsi bu qaydanı tətbiq edə bilmədi:

"Müxtəlif səbəblərdən biz birmənalı olaraq kütləvi qapanmaların həyata keçirilməsini məsləhət görə bilmirik. Lakin pandemiyanın geniş yayılmasının qarşısını almaq üçün dövlətin, vətəndaşın gördüyü tədbirlər və peyvəndlənmə prosesi önəmlidir".

Həkim onu da qeyd edib ki, son günlər açıq havada maskadan istifadə ilə bağlı aparılan müzakirələr düzgün yanaşma deyil:

"Maskadan istifadə edilməsi vacib məsələlərdən biridir. Çünki tibbi maska taxırsınızsa və qarşısınızdakı koronaya yoluxmuş şəxs maskadan istifadə etmirsə, siz virusa yoluxa bilərsiniz".

T.Rəsulova virusa yoluxmanın qarşısını almaq üçün əlavə tədbirlərin də görülməsinin məqsədəuyğun olduğunu bildirib:

"Avtobuslarla bağlı məhdudiyyət və kafe-restoranlarda monitorinqlərin aparılması vacib məsələlərdəndir. Hesab edirəm ki, bundan başqa mərhələli iş rejiminə keçirilməsi, vacib olmadığı təqdirdə şəhərlərarası gediş-gəlişin məhdudlaşdırılması da uyğun addım olar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.