Gizli toyların yerini polislərə kim xəbər verir? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Pandemiya şəraitində qadağa və normaların həyata keçirilməsi üçün tələb odur ki, hər bir vətəndaş özünü qorumalıdır. Dövlət karantin qaydalarında yumşalmalara getdi. Nəticədə insanların sui-istifadə halları müşahidə edildi".
Milli.Az Ölkə.az-a istinadən xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AzTV-nin efirində yayımlanan "Çıxışa doğru" proqramında "karantin qaydalarını pozan toy mərasimləri necə aşkarlanır" sualına cavab verərkən deyib.
O bildirib ki, vətəndaş, sahibkarlıq subyektinin rəhbəri dövlətin güzəştindən öz şəxsi maraqları üçün istifadə etməyə başladı:
"Restoranlar, ictimai iaşə obyektləri açıldıqdan sonra yoluxmalar artdı və bu özünü statistikalarda da göstərdi".
E.Hacıyev onu da əlavə edib ki, karantin qaydalarını pozaraq toy mərasimi keçirənlərlə bağlı qaynar xəttə anonim zənglər daxil olur:
"Anonim zənglərlə yanaşı, sosial şəbəkələrdə də çoxsaylı paylaşımlar olur. Bu paylaşımlar araşdırılır və əksər hallarda da öz təsdiqini tapır. Burada bizim məqsədimiz hansısa formada vətəndaşı cəzalandırıb inzibati məsuliyyətə cəlb etmək deyil. Nazirlər Kabinetinin operativ qərargahının təyin etdiyi qərarda Daxili İşlər Nazirliyinin üzərinə hansı vəzifələr düşürsə, biz onu təmin edirik.
Toy məclisi keçirənlər aşkarlandıqda araşdırma zamanı məlum olur ki, məclisdə aktiv koronavirus xəstəsi var. Ən təhlükəlisi insanın özünün bundan məlumatlı olmasıdır. İndi bu vəziyyətin ağırlığına baxın: Bəziləri aktiv koronavirus xəstələrinə nəzarət məqsədilə tətbiq edilən proqramda yaşayış yerini tərk etmədiyi kimi görünmək üçün telefonunu evdə qoyur. O məclisdə musiqiçilərin, xidmət personalının arasında aktiv koronavirus xəstələrinin aşkarlanması dövlətin yaratdığı imkanlardan sui-istifadədir".
"Tibbi maskalardan istifadə isə təəssüf ki, görüntü məqsədi daşıyır. Yuxarı tənəffüs yolları bağlanmır, tibbi maskalar təyinatına uyğun istifadə edilmir", - deyə E.Hacıyev qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
XƏBƏR LENTİ
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı - (Foto)
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto/Video)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)





