Ölkə

Bakıda avtomat satmaq istəyən şəxs yaxalandı - FOTO

12 Aprel 2021 12:59
Baxış: 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Nizami rayonunda qanunsuz odlu silah-sursatının aşkar edilməsi istiqamətində əməliyyat keçirilib.

Nizami RPİ 25-ci Polis Şöbəsi əmakdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz AKM tipli avtomat gəzdirməkdə şübhəli bilinən 27 yaşlı paytaxt sakini Renat Həmzəyev müəyyən olunaraq tutulub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, əvvəllər Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə), 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) madddələri ilə məhkum olunan R.Həmzəyev silahı tanımadığı şəxsdən aldığını və digər şəxsə satmaq üçün apardığını bildirib.

Qanunsuz odlu silah gəzdirən şəxslə bağlı əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.