Ölkə

Hüquqşünas: “Koronaviruslu şəxslərə qarşı bu halda cinayət işi açmaq olmaz”

11 Aprel 2021 17:44
Baxış: 825
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Müraciətinə aidiyyəti dövlət orqanları tərəfindən cavab verilmədiyi təqdirdə zəruri ehtiyaclarını qarşılamaq üçün yaşayış yerini tərk edənğ koronaviruslu şəxslər barəsində cinayət işinin başladılması doğru deyil".

Milli.Az bildirir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında Vəkillər Kollegiyasının üzvü Seymur Yusifli deyib.

"Vətəndaşın müraciətinə dövlət oqranları tərəfindən cavab verilməyibsə və məcburiyyət qarşısında qalıb yaşayış yerini tərk edibsə, bu, nəzərə alınmalıdır. Həmin şəxslərin bu barədə əsaslandırılmış sübutları olmalı və araşdırmada bu hallara mütləq qiymət verilməlidir. Çünki vətəndaş məcburiyyət qarşısında qalaraq, zəruri ehtiyaclarını qarşılamaq üçün mənzilini tərk edir. Belə olan halda isə həmin şəxslər barəsində cinayət işinin başladılması doğru olmaz", - o bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.