Ölkə

Yoluxma sayı bugünkü rəqəmlərdən qat-qat çox ola bilər - Rəşad Mahmudov - VİDEO

21 Mart 2021 15:39
Baxış: 1 939
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniya ştammının insan tələfatına səbəb olub-olmaması çox da əhəmiyyət kəsb etmir. Çünki ölüm sayı eyni nisbətdə olsa belə, yoluxma sayları artdığı halda bu, ölüm göstəricilərini də artıra bilər.

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişinə açıqlamasında millət vəkili, tanınmış həkim Rəşad Mahmudov deyib.

"Koronavirusun mutasiyaya məruz qalma reallığı var. Bu qeyri-adi deyil, gözlədiyimiz hadisə idi. Britaniya ştammı və ona bənzər ştamlarda yoluxma sürəti həddindən çoxdur. Bu isə o deməkdir ki, yoluxma sayı bugünkü rəqəmlərdən qat-qat çox ola bilər. Yoluxma sayının 4 rəqəmə yaxınlaşması bizi narahat edir. Bunu nəzərə alaraq, bayram günlərində daha ehtiyatlı davranmalıyıq", - o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.