Ölkə

ADA Universitetinin üç yeni ixtisasının təqdimatı keçiriləcək

13 Mart 2021 18:18
Baxış: 754
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ADA Universiteti Riyaziyyat, Maliyyə, Kommunikasiya və Rəqəmsal media sahəsində üç yeni bakalavr ixtisası təqdim edir.

Universitetdən Milli.Az-a bildirilib ki, məqsəd abituriyentlərin bakalavr proqramları üzrə ixtisas seçimini artırmaqdır.

Abituriyent və valideynlərə yeni ixtisaslarla bağlı ətraflı məlumat vermək üçün onlayn Təqdimat günləri keçiriləcək:

•Riyaziyyat üzrə 15 mart (19:00)

•Maliyyə üzrə 17 mart (19:00)

•Kommunikasiya və rəqəmsal media üzrə 18 mart (19:00)

Riyaziyyat ixtisası üzrə ilk təqdimatda İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dekanı Dr. Araz Yusubov və Riyaziyyat və biznes proqramlarının direktoru (Vaterlo Universiteti) Professor İlham Axundov çıxış edəcəklər.

ADA Universiteti abituriyent və valideynləri qeydiyyatdan keçməyə, təqdimatda iştirak etməyə dəvət edir.

Qeydiyyat: [email protected]

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.