Ölkə

Bakı Dövlət Sirkinə yeni direktor təyin olunub

13 Mart 2021 16:00
Baxış: 850
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Dövlət Sirkinə yeni direktor təyin olunub.

Bu barədə APA-ya sirkin əməkdaşı Mahir Hümbətov məlumat verib. Bu vəzifəyə Elmir Hüseynov təyin olunub.

O, sirkin keçmiş direktoru Vaqif Bağırzadənin martın 7-də vəfat etdiyini bildirib.

Yeni direktor E.Hüseynov 1978-ci il dekabrın 2-də Bakıda anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alıb. O, 2017-2020-ci illərdə "Azərbaycan Dəmir Yolları" QSC-nin Gürcüstandakı səlahiyyətli nümayəndəsi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.