Ölkə

Paşinyanın ordu ilə bağlı iki planı: həbslər və məhdudlaşdırma - VİDEO

12 Mart 2021 15:04
Baxış: 1 335
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrəvanda yaşanan siyasi böhranda Paşinyanın və digərlərinin olduğu kimi, Ermənistan Prezidenti Armen Sarkisyanın da öz oyun planı var.  

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə müsahibəsində QAFSAM-nin sədr müavini Nazim Cəfərsoy deyib. O bildirib ki, Armen Sarkisyanın bu oyun planı bir neçə istiqamətdə özünü göstərir:

"Birincisi, Armen Sarkisyan daxildə vətəndaş müharibəsi ilə nəticələnəcək prosesdə özünün hakim mövqeyini qorumağa çalışır. İkincisi, o belə davranaq, gələcəkdə özü üçün siyasi mövqeyini gücləndirəcək müəyyən səlahiyyətlər əldə etmək fürsəti yaratmağa çalışır. O, nə Paşinyanın, nə də müxalifətin hədəfi olmaq istəyir. Üçüncüsü isə prezidentin nə dərəcədə əhəmiyyətli olduğunu göstərərək, öz səlahiyyətlərini artıran planları ola bilər. Yəni özünü tərəfsiz göstərərək, prosesdə "sudan quru çıxmaq" istəyir. 

N. Cəfərsoy onu da qeyd edib ki,Paşinyanın Artak Davtyanı Baş Qərargah rəisi təyin edilməsi barədə təklifi Ermənistan ordusundakı gərginliyin azaldılması üçün əhəmiyyətlidir. 

"Qarşıdakı dövrdə iki hadisə baş verəcək. Paşinyan orduda rüşvətxorluqla mübarizə çərçivəsində müəyyən prosesləri icra edəcək.Bəzilərini Davtyan əlehinə olduğunu deyib, işdən çıxaracaq, bəzilərinə isə cinayət işi açdıra bilər. Digər tərəfdən isə qərargah rəisinin mövqeyinin azalması istiqamətində addım atmağı da mümkündür".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.