Ölkə

Bu avtomobillərin qiyməti ən az 20 faiz ucuzlaşır - Ekspert - VİDEO

11 Mart 2021 16:04
Baxış: 4 644
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Elektrik mühərrikli avtomobillərin idxalı bütün gömrük rüsumlarından və vergilərdən azad olunarsa, kasko sığorta qiyməti və bank faizləri endirilərsə, bu avtomobillərin qiyməti ən az 20 faiz ucuzlaşacaq. 

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "Nə baş veriri?" verilişinə müsahibəsində nəqliyyat eksperti Eldəniz Cəfər deyib. O bildirib ki, bu qərarlar vətəndaşların ekoloji təmiz avtomobillərə marağını artıracaq və nəticədə avtomobil parkı yenilənəcək:

"Ümid edirəm ki, Nazirlər Kabineti belə bir qərarı bu il qəbul edəcək. 

Bundan başqa bu avtomobillərə tələbatın artması üçün yanacaqdoldurma məntəqələrində əlavə enerji doldurma məntəqələri açılmalıdır. Artıq ölkə üzrə 30 yanacaqdoldurma məntəqəsində enerji doldurma məntəqəsi fəaliyyət göstərir".

E. Cəfər onu da qeyd edib ki, avtomobil parkının təzələnməsi üçün istehsal tarixi 5 ildən artıq olan avtomobillərin gömrük rüsumunun yüksəldilməsi doğru çıxış yolu deyil:

"Bu qərar əks təsir verəcək. Belə ki, gömrük rüsumları artacağı təqdirdə belə avtomobillərin daxili bazarda qiyməti yüksələcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.