Ölkə

Polad Bülbüloğlu: “Şuşadakı ata evimi öz hesabıma bərpa etmək mənim oğulluq borcumdur”

11 Mart 2021 11:09
Baxış: 1 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Təbii ki, dahi Bülbülün Şuşadakı evini öz hesabıma bərpa edəcəyəm. Bu, mənim atamın evidir".

Milli.Az bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.

O qeyd edib ki, bu, onun oğulluq və vətəndaşlıq borcudur: "Bir də hamı bilir ki, bunu hörmətli Prezident İlham Əliyev televiziya vasitəsi ilə mənə tapşırıb. Təbii ki, bu, mənim üçün böyük şərəfdir. Burada heç bir sual yoxdur. Heç bir problem də yoxdur", - deyə P. Bülbüloğlu vurğulayıb.    

Səfir Bülbülün evinin bərpa layihəsinin artıq hazır olduğunu da söyləyib: "Layihə təsdiq olunan kimi mən atamın evinin bərpasına başlayacam. Heç bir köməyə ehtiyacım yoxdur. Təbii ki, ata evimi öz vəsaitim hesabıma bərpa edəcəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.