Ölkə

Son 1 ildə Azərbaycanda hansı ailədaxili problemlər artıb? - Psixoloq AÇIQLADI

2 Mart 2021 13:31
Baxış: 1 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Karantin rejimində ailələrdə ən çox yaranan problemlər işsizliklə əlaqəlidir.

Bunu Milli.Az-a açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, ailədaxili problemlər içərisində indi əsas maddiyyatla bağlı məsələlər üstünlük təşkil edir:

"Özəl sektorda işləyənlərin işlə təmin oluna bilməməsi, kişilərin əksəriyyətinin evdə oturması, əvvəlki illərlə müqayisədə indi daha çox qadının işləməsi ailələrə bəzi yeniliklər gətirib deyə, ailədaxili konfliktləri yarada bilir. Və yaxud kişilər vəziyyətlə əlaqədar ailədə daha çox vaxt keçirirlər, hər iki tərəf problemləri daha çox görürlər, bir-birinin işinə müdaxilələr artır.

Ümumiyyətlə, ailə üzvlərinin hamısı evdə olduğuna görə ən əsas problem maddi problemlərdir. Uşaqların təhsilində problem yaranır. Məsələn, ata ananı günahlandırır ki, uşağın dərsi ilə məşğul ola bilmirsən. Halbuki ana da ev işlərini görür, o, uşağın yanında oturub onlayn dərslərində iştirak edə bilmir. Rübün sonunda qiymətlər yaxşı olmayanda ata yenə ananı günahlandırır. Ana da atanı günahlandırır ki, büdcəmiz normal olsaydı, uşaq repetitor yanına gedərdi. Hazırda belə problemlər müşahidə edilir.

Karantin rejimində nikahları olub, ailə qura bilməyənlər müvəqqəti gözləyirlər ki, nə vaxt toylara icazə veriləcək. Ailələr arasında son zamanlar ən çox da bu problemlər müşahidə edilir. Yəni, problemlər içərisində əsas maddiyyatla bağlı məsələlər üstünlük təşkil edir.

Vəziyyətlə bağlı olaraq ailədə uşaqlar bir yerdə daha çox vaxt keçirirlər, yola gedəni var, getməyəni var. Telefondan asılı uşaqlar var, onu telefondan ayıra bilmirlər. Ailədə bu zaman əlavə problem, diqqətsizlik yaranır. Valideyinlər bir-birini günahlandırır ki, sən diqqətli olsaydın, telefonla bu qədər oynamazdı. 

Xüsusilə də karantində tələsik ailə quran cütlüklər var ki, indi onlarda da konfliklər yaranır ki, "bəs, hər şey düzələcəkdi?! Sən işlə təmin olunacaqdın?! Ayrıca ev olacaqdı?!" və s.".

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.