“Xocalı - faciədən doğan intiqam” adlı tədbir keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müdafiə Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş "Xocalı - faciədən doğan intiqam" adlı tədbir keçirilib.
Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyasında nümayiş etdirilən Qarabağ xalçaları ilə tanışlıqdan sonra Xocalı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Abdulla Qurbaninin poeması əsasında hazırladığı "Kül altından boy atacaq Xocalı" adlı film-tamaşadan (bəstəkar: Azad Zahid) fraqmentlər nümayiş etdirilib.
Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova çıxış edərək Ermənistan silahlı qüvvələri bölmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının texnika və canlı qüvvəsinin iştirakı ilə təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə, insanlığa qarşı törətdiyi soyqırımının 29-cu ildönümünün əvvəlki illərdən fərqli olaraq bu il yeni bir məzmunda, qələbə əhval-ruhiyyəsi ilə anılacağını bildirib.
Nəzərə çatdırılıb ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın "Dəmir Yumruq" əməliyyatı ilə başladığı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qələbə çalaraq Xocalı qurbanlarının və bütün şəhidlərimizin intiqamını aldı.
Lakin illər ötsə, əsrlər bir-birini əvəz etsə də, Xocalı soyqırımı xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəkdir. Bu faciə zamanı qədim Azərbaycan şəhəri Xocalı yerlə-yeksan edilib, uşaq, qadın, qoca bilmədən insanlar vəhşicəsinə qətlə yetirilib, itkin düşüb, əsir alınaraq olmazın əzab və işgəncələrinə məruz qalıblar. Minlərlə arxeoloji, tarixi-memarlıq abidələri dağıdılıb, milli-mənəvi dəyərlərimiz vandalcasına məhv edilib. Azərbaycan xalçaçılıq məktəbinin Qarabağ qoluna aid olan yüzlərlə xalça məmulatlarımız düşmən tərəfindən talan olunub və özününküləşdirilib.
Əminliklə bildirilib ki, ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində işğaldan azad edilən digər bölgələrimiz kimi Xocalının da həsrətinə tezliklə son qoyulacaq, sakinlər öz evlərinə dönəcək və Xocalı yenidən qurulacaqdır.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin mərkəzlərindən biri olan Xocalının tarixi, strateji əhəmiyyəti barədə ətraflı məlumat verib. O vaxtkı səriştəsiz və qətiyyətsiz respublika rəhbərliyinin biganəliyi ucbatından taleyin ümidinə buraxılmış Xocalının könüllü özünümüdafiə dəstələrinin qəhrəmanlığından, onların son gülləyə, son nəfəsədək doğma yurd-yuvalarını qanları, canları bahasına qoruduqlarından söhbət açıb.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin "Bütünlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir" sözlərini xatırladan polkovnik A.Qurbani onu da xüsusi olaraq vurğulayıb ki, Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə dahi liderimiz Heydər Əliyev vermişdir. Məhz Ulu Öndərimizin təşəbbüsü ilə 1994-cü ilin fevral ayının 24-də Azərbaycan Respublikasının Milli Məclisi "Xocalı Soyqırımı Günü" haqqında" qərar qəbul edib və BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Həmçinin Heydər Əliyevin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevral ayının 26-da saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev siyasi kursunu layiqli şəkildə davam etdirən dövlətimizin başçısı İlham Əliyev Azərbaycan həqiqətlərinin və Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyətli layihələri reallaşdırır.
Heydər Əliyev Fondunun həm ölkəmizdə, həm də respublikamızın hüdudlarından kənarda təşkil etdiyi silsilə tədbirlər vasitəsilə dünya Xocalı soyqırımı haqqında həqiqətləri öyrənir.
2008-ci ildən Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya Ədalət!" kampaniyasına dünyanın 40-dan çox ölkəsi qoşulub.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı qrupunun təqdim etdiyi ədəbi-bədii proqramda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanın əmrlərinə hər an hazır olduğu bildirilib.
Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının müdiri Əlisəfa Nuriyev Xocalı faciəsindən doğan intiqama görə Müzəffər Ali Baş Komandana və qalib Azərbaycan əsgərinə tədbir iştirakçıları adından minnətdarlıq edib və tezliklə Şuşada, Mehmandarovların malikanəsində vaxtilə fəaliyyət göstərən muzeylərinin yenidən bərpa olunacağına, ziyarətçiləri qəbul edəcəyinə və Xocalının kül altından yenidən dirçələcəyinə, ucalacağına əminliyini bildirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
XƏBƏR LENTİ
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
"Neftçi"də yeni müqavilə
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Ağdam-Ağcabədi yolunun kənarında yanğın





