Ölkə

Şəhidin atası vəfat etdi - FOTO

3 Fevral 2021 15:14
Baxış: 2 227
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lənkəran rayonu Gəgiran kəndindən olan şəhid Qalib Nuruzadənin atası Habil Nuriyev dünyasını dəyişib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, H.Nuriyev bu gün xəstəxanada vəfat edib.

Qeyd edək ki, bir neçə gün əvvəl şəhidin atası yutub kanalında verilişdə çıxış edib. O, şəhid oğlunu çətinliklərlə daxmada böyütdüyünü bildirmişdi.

Bildirək ki, H.Nuriyevin vəfat etdiyini kəndin icra nümayəndəsi Şamil Mirzəyev də "Qafqazinfo" ya təsdiqləyib.

Xatırladaq ki, Q.Nuruzadə Vətən Müharibəsində şəhid olub.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.