"Peyvənd olunan şəxslər dərhal..." - İnfeksionistdən XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Dünya ölkələrinə baxdıqda COVİD-19 infeksiyasına qarşı 49 ölkədə 37,9 milyondan artıq doza peyvənd olunduğu bildirilir".
Bunu Milli.Az-a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Aygül Əliyeva deyib.

İnfeksionist bildirib ki, peyvənd olunduqdan sonra da maska, sosial məsafə və gigiyenik qaydalara riayət olunmalıdır:
"Bu göstəricilər COVİD-19 pandemiyası ilə mübarizənin tək həll yolunun vaksinasiya olduğunu və insanların bu prosesə cəlb olunmasının vacibliyini göstərir.
18.01.2021 tarixindən ölkəmizdə də COVİD-19 infeksiyasına qarşı vətədaşlar arasında mərhələli şəkildə vaksinasiya prosesi başlanılıb. Rutin İmmunizasiya proqramı - 18 yaş və üstü kişilərə 3 həftə ara verilmək ilə 2 doza şəkilində tətbiq olunacaq. İlkin mərhələdə risk qrupunda olan şəxslər, yəni səhiyyə işçiləri, 65 yaş üstü və xroniki xəstləliyi olan şəxslər peyvənd olunacaq. Peyvənd olunduqdan sonra xəstəliyə qarşı qoruyuculuğun əmələ gəlməsi ümumilikdə bir neçə həftə çəkir. İlk doza peyvənd olunan şəxslər dərhal arxayın olmamalıdır və qoruyuculuq tədbirlərinə əməl etməlidirlər. Eyni zamanda hər kəsdə eyni səviyyədə qoruyuculuq əmələ gəlməyə bilər. Vaksinasiya prosesinin pandemiyaya təsiri peyvənd olunan kişi sayından və peyvənd olunduqdan sonra qorunma tədbirlərinə nə qədər diqqət edilməsi kimi bir çox faktdan asılıdır. Bu səbəblə peyvənd olunduqdan sonra da maska, sosial məsafə və gigiyenik qaydalara riayət olunmalıdır.
O zaman biz tam rahat ola bilərik ki, artıq ölkəmizdə kütləvi vaksinasiya prosesi başa çatsın və yoluxan xəstə sayında kəskin azalmanı görək. Kütləvi vaksinasiya prosesi ilə yoluxmanın və yaxud yoluxan zaman ağırlaşmaların və ölüm sayının azalmasına nail ola bilərik".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü





