"Peyvənd olunan şəxslər dərhal..." - İnfeksionistdən XƏBƏRDARLIQ

20 Yanvar 2021 10:02

"Dünya ölkələrinə baxdıqda COVİD-19 infeksiyasına qarşı 49 ölkədə 37,9 milyondan artıq doza peyvənd olunduğu bildirilir".

Bunu Milli.Az-a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Aygül Əliyeva deyib.

İnfeksionist bildirib ki, peyvənd olunduqdan sonra da maska, sosial məsafə və gigiyenik qaydalara riayət olunmalıdır:

"Bu göstəricilər COVİD-19 pandemiyası ilə mübarizənin tək həll yolunun vaksinasiya olduğunu və insanların bu prosesə cəlb olunmasının vacibliyini göstərir.                                  

18.01.2021 tarixindən ölkəmizdə də COVİD-19 infeksiyasına qarşı vətədaşlar arasında mərhələli  şəkildə vaksinasiya prosesi başlanılıb. Rutin İmmunizasiya proqramı - 18 yaş və üstü kişilərə 3 həftə ara verilmək ilə 2 doza şəkilində tətbiq olunacaq. İlkin mərhələdə risk qrupunda olan şəxslər, yəni səhiyyə işçiləri, 65 yaş üstü və xroniki xəstləliyi olan şəxslər peyvənd olunacaq. Peyvənd olunduqdan sonra xəstəliyə qarşı qoruyuculuğun əmələ gəlməsi ümumilikdə bir neçə həftə çəkir. İlk doza peyvənd olunan şəxslər dərhal arxayın olmamalıdır və qoruyuculuq tədbirlərinə əməl etməlidirlər. Eyni zamanda hər kəsdə eyni səviyyədə qoruyuculuq əmələ gəlməyə bilər. Vaksinasiya prosesinin pandemiyaya təsiri peyvənd olunan kişi sayından və peyvənd olunduqdan sonra qorunma tədbirlərinə nə qədər diqqət edilməsi kimi bir çox faktdan asılıdır. Bu səbəblə peyvənd olunduqdan sonra da maska, sosial məsafə və gigiyenik qaydalara riayət olunmalıdır.

                       

O zaman biz tam rahat ola bilərik ki, artıq ölkəmizdə kütləvi vaksinasiya prosesi başa çatsın və yoluxan xəstə sayında kəskin azalmanı görək. Kütləvi vaksinasiya prosesi ilə yoluxmanın və yaxud yoluxan zaman ağırlaşmaların və ölüm sayının azalmasına nail ola bilərik".

Təhməz Əsədov
Milli.Az