Toylara nə vaxt icazə veriləcək? - MİLLƏT VƏKİLLƏRİ DANIŞDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Artıq ölkədə tətbiq olunan sərt karantin rejimi öz müsbət nəticəsini verir. Belə ki, hazırda həm koronavirus infeksiyasına gündəlik yoluxmaların sayında azalma müşahidə edilir.
Bu gündən etibarən SMS icazə sistemi də ləğv edilib.
Bəs yoluxma dinamikası yaxın günlərdə daha da aşağı düşərsə, toyların keçirilməsinə icazə verilə bilərmi?
Milli.Az bildirir ki, məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən millət vəkili Azər Badamov qarşıdakı aylarda toylara icazə verilmə ehtimalının olduğunu bildirib:
"Bildiyiniz kimi, bu gündən koronavirusa qarşı peyvəndlənmə işlərinə də start verilib. Gələn ayın sonuna qədər ölkə üzrə peyvəndlənmə başa çatarsa, koronavirusa yoluxmaların dinamikası minimuma enəcəkdir. Hesab edirəm ki, ölkə üzrə peyvəndlənmə başa çatandan sonra nəticələrin necə olunacağını müşahidə etmək üçün 1-2 ay gözləməli olacağıq. Əgər tətbiq edilən kütləvi peyvəndlənmə gözlədiyimiz nəticəni verərsə, may ayından sonra tətbiq edilmiş qadağaların mərhələli şəkildə tam aradan qaldırılmasına şərait yaranacaqdır. Burada əlbəttə ki, toyların keçirilməsi məsələsi də var. Yəqin ki, toyların keçirilməsinə icazə müəyyən qaydalar çərçivəsində olacaq".
Millət vəkili Jalə Əliyeva isə bildirib ki, pandemiya baxımından yanaşsaq, məhdud sayda, sadəcə ailə üzvləri, yaxınlar və əziz insanların iştirakı ilə mərasimlərin keçirilməsi ilk vaxtlarda daha məqsədəuyğun olar:
"Daha sonra isə gedişata əsasən, yeni qərar veriləcək. Bu, təbii ki, ölkədə epidemioloji vəziyyət və statistikaya bağlı olacaq. Yoluxma sayları yüksək olduğu təqdirdə toy mərasimlərinin keçirilməsinə icazənin verilməsi mümkün olmayacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avropada bu 10 yerdə suya girməyin: Turistləri 3750 avroya qədər cərimə gözləyir
-
Dənizdə boğulan övladının axtarışlarının davam etdirilməsini istəyirlər - (Video)
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)





