Ölkə

Xırdalanda gizli işləyən kafenin sahibi və müştəriləri saxlanılıb - VİDEO

23 Dekabr 2020 15:49
Baxış: 1 130
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonu Xırdalan şəhərində xüsusi karantin qaydalarını pozaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki prospektlərdən birində fəaliyyət göstərən obyekt müəyyən olunub.Ora baxış zamanı kafedə olan 7 müştəri və obyektin sahibi saxlanılaraq Polis İdarəsinə gətiriliblər.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi inzibati protokol tərtib edilib və cərimələniblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.